"Mançester Yunayted"in hücumçusu Mateus Kunya "Arsenal"la oyunda (3:2) qələbə qolunu vuran zaman sevincini qeyd etməsi ona baha başa gələ bilər.
QOL.az "Independent"ə istinadən xəbər verir ki, braziliyalı futbolçu cərimə meydançası xaricindən vurduğu baxımlı qoluna sevinərkən emosiyalarına hakim ola bilməyib. O, kameraya yaxınlaşaraq qeyri-etik ifadələr və söyüşlər səsləndirib.
Futbolçunun səsi canlı yayımda aydın eşidildiyi üçün matçı yayımlayan "Sky Sports" kanalının şərhçisi dərhal tamaşaçılardan üzr istəməli olub.
İngiltərə Futbol Assosiasiyasının (FA) reqlamentinə əsasən, təhqiramiz və kobud ifadələr, eləcə də bu cür jestlər qırmızı vərəqə və ya sonradan tətbiq edilən cəza üçün əsas sayılır. İntizam Komitəsinin video görüntüləri araşdırdıqdan sonra Kunyaya diskvalifikasiya cəzası verəcəyi gözlənilir.
Xatırladaq ki, vaxtilə oxşar hərəkətə görə, kameraya qarşı nalayiq ifadələr işlətdiyinə görə "Mançester Yunayted"in əfsanəsi Ueyn Runi 2 oyunluq cəzalandırılmışdı. İndi Kunyanı da eyni aqibət gözləyə bilər.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu