İngiltərə Premyer Liqasında 22-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı futbolçu ötən həftəsonu baş tutan Mançester derbisində parlaq oyunu ilə yadda qalıb. O, komandasının "Mançester Siti" üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə Brayan Mbeumonun vurduğu qolun məhsuldar ötürməsini verib.
Qeyd edək ki, futbolçu bununla cari mövsüm ərzində üçüncü dəfə turun ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, hazırda Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Klub növbəti tur çərçivəsində yanvarın 25-də səfərdə "Arsenal"ın qonağı olacaq.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi