“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı, portuqaliyalı ulduz futbolçu Naninin "Aktobe"yə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, o, Qazaxıstanın "asnews.kz" portalına müsahibəsində Naninin böyük şəxsiyyət olduğunu vurğulayıb:
"Komandanı hətta meydana çıxmadan da gücləndirə bilər. Nani heç bir şübhə olmadan futbol əfsanəsidir. Belə futbolçular soyunub-geyinmə otağında və məşqlərdə çox vacib rol oynayır, xüsusilə gənclərə daim motivasiya verir və yol göstərir. Hətta ideal formada olmasa belə, Nani komandasına fayda verəcək. O, böyük peşəkardır və özünə yaxşı baxır. Əgər “Aktobe”yə keçməyə qərar veribsə, meydanda sadəcə formal oynamayacaq”.
Qeyd edək ki, Şahruddin və Nani 2023/24 mövsümündə Türkiyənin “Adana Demirspor” klubunda birlikdə çıxış ediblər. Həmin mövsümdə futbolçular 16 oyunda birlikdə meydanda olublar. Eyni zamanda Nani “Aktobe”nin yetirməsi, Qazaxıstan millisinin hücumçusu Abat Aymbetovla da 3 matçda birgə oynayıb.
Yayılan xəbərlərə görə, “Aktobe” Nani ilə 1 illik müqavilə üçün razılıq əldə edib. Portuqaliyalı futbolçunun maaşının Qazaxıstan Premyer Liqası tarixində rekord olacağı gözlənilir.
Bildirilir ki, 39 yaşlı Nani yanvarın 22-də Almatıya uçacaq, daha sonra Aktobeyə yollanaraq rəsmi təqdimatda iştirak edəcək.
Xatırladaq ki, Nani karyerası ərzində “Mançester Yunayted”, “Sportinq”, “Fənərbaxça”, “Valensiya”, “Latsio” kimi klublarda çıxış edib. O, “Mançester Yunayted”lə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İngiltərə çempionluğunu qazanıb. Portuqaliya millisinin heyətində isə 2016-cı ildə Avropa çempionu adını qazanıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt