“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verib.
QOL.az-ın məlumatına görə, o, əvvəlcə hazırlıq prosesinin gedişatı haqqında danışıb:
“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. ‘Yüklənmələr’ çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç hara getmədik. Burada hər şey bizi qane edir: meydançaların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu ‘Kəpəz’ə qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.
Gürcüstanlı mütəxəssis ‘Kəpəz’lə oyunda debüt edib qol vuran yeni transfer İsmaeel Akinadenin də çıxışını dəyərləndirib: “Akinadeyə ‘Kəpəz’lə oyunda şans verdik. Aydın məsələdir ki, ona hələ vaxt lazımdır. Xüsusən də hücumameyilli futbolçulara adaptasiya üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən iki gün məşqlərdə iştirak edə bilmədi. ‘Kəpəz’lə oyunda risk etmədik və onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez adaptasiya olsunlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar”.
Sxadadze transfer çalışmalarının davam etdiyini bildirib: “Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub adaptasiya olacaqlar. Qarşıda daha iki oyunumuz var — yanvarın 14-də ‘Araz-Naxçıvan’ və 18-də ‘Baku Sportinq’lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi