Niderland Erediviziyasının 18-ci turunda maraqlı və gərgin qarşılaşma baş tutub.
QOL.az xəbər verir ki, turnir cədvəlinin aşağı pillələrində yer alan "Telstar" doğma meydanda "Ayaks"a ciddi müqavimət göstərib.
Amsterdam təmsilçisi oyuna sürətli başlayıb. 11-ci dəqiqədə Oskar Qlux hesabı açıb. Az sonra, 14-cü dəqiqədə Mika Qodts fərdi bacarığını nümayiş etdirərək fərqi iki topa çatdırıb.(0:2)
İkinci hissədə "Telstar" üçün vəziyyət daha da çətinləşib. 52-ci dəqiqədə Sedrik Hatenbur Yuri Reqerə qarşı kobud oyuna görə VAR yoxlanışından sonra qırmızı vərəqə alıb və meydan sahibləri azlıqda qalıb. Nils Rossenin vurduğu qol isə ofsayd səbəbindən sayılmayıb.
72-ci dəqiqədə "Ayaks" üçün hər şey bitmiş kimi görünürdü. Künc zərbəsindən sonra Yuri Bas başla dəqiq oynayaraq hesabı 0:3 edib. Ancaq matçın son dəqiqələri tam fərqli ssenari ilə yadda qalıb.
"Ayaks"ın qapıçısı çıxış zamanı zədələnib və top Yuri Basa dəyərək öz qapılarına daxil olub (1:3). Bir qədər sonra "Telstar" daha bir künc zərbəsindən yararlanıb. Danni Bakker başla fərqlənərək fərqi azaldıb (2:3).
Nəticədə "Ayaks" çətin də olsa üstünlüyünü qoruyub. Amsterdam klubu hazırda lider PSV-dən 16 xal geri qalmaqla 3-cü pillədədir. "Telstar" isə turnir cədvəlinin sondan 4-cü sırasında yer alır.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?