“Neftçi”nin kapitanı Emin Mahmudovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 16-cı turunda “Karvan-Yevlax”ı çətinliklə məğlub etdiniz. 2:1 hesablı əzmkar qələbəni necə şərh edərdiniz?
- Oyun ağır keçdi. Meydan da ağır idi. Yenə də çoxlu qol şanslarını boşa verdik. Halbuki ötən tur bunun əziyyətini çəkmişdik. “Sumqayıt”la oyunda 2:0 hesabda öndə olarkən xeyli şansı boşa verdik. Üçüncü, dördüncü qolu vurmalı idik. Şanslardan yararlanmadıq və yekunda xal itkisi ilə üzləşdik. Bu dəfə xarakter göstərdik. Oynamaq, mübarizə aparmaq çətin idi. Rəqib də bizi yaxşı analiz eləmişdi. İstədiyimiz oyunu göstərməyə mane olurdu. Şükür, yaxşı qurtardıq. Çətin də olsa, qalib gəldik.
- Qeyd etdiyiniz kimi, yenə xeyli qol epizodlarını qaçırdınız. Bunu nə ilə əlaqələndirirsiniz?
- Çətindir nəsə demək. Məşqlərdə də çox çalışırıq. Ümid edirəm ki, tezliklə vəziyyət yaxşıya doğru dəyişəcək. Qış fasiləsindən sonra şanslarımızı daha yaxşı dəyərləndirəcəyik. Elə oyunlar olurdu ki, qol epizodu yaratmaqda çətinlik çəkirdik. Lakin indi oyun var, çoxlu şanslarımız olur. İntensiv futbol sərgiləməyə çalışırıq.
- Yuri Vernidubun gəlişi nəyi dəyişib?
- Başqa cür oynamağımızı istəyir. Samir Abbasovun fəlsəfəsi başqa idi, Yuri Vernidubda başqa. Vernidub daha aqressiv olmağımızı istəyir. İnanıram ki, qışdan sonra hər şey yaxşı olacaq.
- Qış fasiləsi “Neftçi”nin toparlanması, Vernidubun komandanı daha yaxşı tanıması üçün yetərli olacaq?
- Bunu oyunlar göstərəcək. Əslində Vernidub artıq komandanı tanıyır. Biz də onun nə istədiyini bilirik. “Sumqayıt”la matçda 60 dəqiqə çox yaxşı oynamışdıq. Bu, onun istədiyi futbol idi. O qədər şansımız var idi. İnanmırdım ki, oyun 2:2 olsun. “Karvan-Yevlax”la matçda isə ilk hissədə zəif təsir bağışladıq. İkinci 45 dəqiqədə daha yaxşı oynadıq.
- 2025-ci il artıq yekunlaşır. Bu ili “Neftçi” üçün necə dəyərləndirirsiniz?
- İl bizim üçün çox pis keçdi. Cədvəl hər şeyi göstərir. Çox danışmağa ehtiyac yoxdur. İlin ilk yarısında avrokuboklardan kənarda qaldıq. Yeni mövsümdə də istədiyimiz kimi çıxış etmədik. Ümid edirəm ki, bütün uğursuzluqlarımız 2025-ci ildə qalar. Yeni ildən sonra hər şey “Neftçi” üçün daha yaxşı olacaq.
- Bəs 2025-ci ilin ən yaxşı yerli futbolçusu qismində kimi görürsünüz?
- Məncə, “Qarabağ”ın futbolçularını qeyd etmək olar. Onlar bu ili çox yaxşı keçirdilər. Elvin Cəfərquliyev deyərdim. O, həqiqətən də çox yaxşı oyunlar keçirdi. Klubunda da, millidə də yaxşı təsir bağışladı.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt