Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində

Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
DÜNYA FUTBOLU 20 Dekabr 2025 / 17:18 1337
-  A +

"Bavariya"nın müdafiəçisi İngiltərə Premyer Liqasında çıxış edə bilər.

QOL.az xəbər verir ki, Münhen "Bavariya"sının müdafiəçisi Saşa Boenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi gündəmə gəlib.

Bu barədə "Teamtalk" məlumat yayıb. Bildirilir ki, "Nyukasl" və "Kristal Pelas" klubları futbolçunun transferində maraqlıdırlar. Keçidin yanvar transfer pəncərəsində rəsmiləşə biləcəyi qeyd olunur.

Xatırladaq ki, 25 yaşlı fransalı cinah müdafiəçisi 2024-cü ilin yanvarında "Bavariya"ya qoşulub. Onun Münhen nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner