Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?

Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
DÜNYA FUTBOLU 17 Dekabr 2025 / 20:36 1329
-  A +

Son beş mövsümdə ən çox oyun dəqiqəsi toplayan futbolçuların reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat paylaşıb. Belə ki, siyahıya Braziliyanın "Palmeyras" klubunun mərkəz müdafiəçisi Qustavo Qomes başçılıq edir. Paraqvaylı futbolçu klubda və milli komandada ümumilikdə 28 194 dəqiqə meydanda olub.

Siyahıda yer alan digər futbolçuların ilk 10-luğu isə belədir:

  1. Qustavo Qomes ("Palmeyras"/Paraqvay millisi) - 28 194 dəqiqə
  2. Brunu Fernandeş ("Mançester Yunayted"/Portuqaliya millisi) - 27 634 dəqiqə
  3. Nikolas Otamendi ("Benfika"/Argentina millisi) - 26 791 dəqiqə
  4. Harri Keyn ("Tottenhem"/"Bavariya"/İngiltərə millisi) - 25 680 dəqiqə
  5. Deklan Rays ("Vest Hem"/"Arsenal"/İngiltərə millisi) - 25 351 dəqiqə
  6. Kilian Mbappe ("PSJ"/"Real"/Fransa millisi) - 25 199 dəqiqə
  7. Junior Alonso ("Krasnodar"/"Atletiko Mineyro"/Paraqvay millisi) - 25 039 dəqiqə
  8. Hans Vanaken ("Brügge"/Belçika millisi) - 24 965 dəqiqə
  9. Coşua Kimmix ("Bavariya"/Almaniya millisi) - 24 575 dəqiqə
  10. Marlon ("Atletiko Qoyaniense"/"Botafqo") - 24 558 dəqiqə


Son xəbərlər
topaz banner