"Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Murata Misli Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə görüşdən (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- “Neftçi” güclü rəqibdir. Heyətlərində çox yaxşı futbolçular var. Onlara qarşı oyunlrımız həmişə çətin keçir. Düzünü demək lazımdır, ilk hissədə “Neftçi” üstün oynadı. Elə ikinci 45 dəqiqənin əvvəlində də pis deyildilər. Bunun da nəticəsində hesabı 2:0-a çatdırdılar. Biz isə matça yaxşı başlamadıq. Xüsusən də ilk 20 dəqiqədə zəif idik. Lakin sonradan toparlandıq. Hesabda geri olsaq da, məğlubiyyətdən qaçmağı bacardıq. Bu da sevindiricidir.
- “Neftçi” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, “Sumqayıt”ın lehinə idi, yoxsa əleyhinə oldu?
- Bəli, bilirdik ki, rəqib yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Bu da rəqib futbolçuların motivasiyasını artıracaq. Belə də oldu. Görüş hər nə qədər çətin olsa da, yekunda xal qazanmağı bacardıq.
- Matçın gedişində meydanda tez-tez gərginlik yaşanırdı. Hətta sona yaxın dava da düşdü. Bütün bunlar nədən irəli gəlirdi?
- Davanın səbəbini bilmirəm. Mən həmin vaxt əvəz olunmuşdum, meydanda deyildim. Ehtiyat oyunçular skamyasından isə konkret fikir bildirmək çətindir. Gördüyümə əsasən deyə bilərəm ki, bizim futbolçumuza qarşı kobudluq olmuşdu. Hər şey də bundan sonra başladı.
- Bu, sizin “Sumqayıt”a ikinci gəlişinizdir. Saşa İliçin komandası əvvəlki kollektivdən nə ilə fərqlənir?
- Hazırda yenidən “Sumqayıt”da olduğum üçün xoşbəxtəm. İşimizdən zövq alırıq. Hamı birlikdə komandanın uğuru üçün çalışır. Bir sözlə, yaxşı kollektivimiz var.
- Hazırkı duruma görə “Sumqayıt”ın avrokubok şansını necə qiymətləndirirsiniz?
- Turnir cədvəlində vəziyyətimiz yaxşıdır. Lakin mövsümün sonuna hələ çox var. Məqsədimiz oyundan oyuna irəli getmək və daha çox xallar qazanmaqdır.
- Azərbaycanda sizdən başqa daha bir yaponiyalı futbolçu – Ryonosuke Ohori də çıxış edir. Onunla tanışlığınız var?
- Bəli, Ohori ilə əlaqəmiz var. Lakin hazırda “Kəpəz”də çıxış etdiyi üçün o, Bakıda yaşamır. Bununla belə, imkan olanda mütləq görüşürük, kafedə otururuq, futboldan danışırıq. Bir sözlə, münasibətimiz yaxşıdır.
- Kafedən söz düşmüşkən, Azərbaycan mətbəxi ilə aranız necədir, sevdiyiniz milli yemək hansıdır?
- Azərbaycan mətbəxi ilə aram yaxşıdır. Ən çox sevdiyim isə qutabdır (gülür). Bəzən məşqlərdən sonra futbolçularla birlikdə qutab yeməyə gedirik. Şirniyyatları da sevirəm.
"Ayntraxt"ın yeni baş məşqçisi məlum oldu
"Barselona"da yeni müqavilə - Rəsmi
Ruben Diaşın evi qarət olundu
"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı açıqlandı
Massumonun het-triki, Almeydanın dublu - Video
Peşəkar Futbol Liqasından yeni layihə
"Qəbələ"nin məşqçisi: "Təhlükəli zonadan çıxmalıyıq"
Jorj Kaşkilya: "Buradan xalla ayrılmalı idik"
Qurban Qurbanovdan bugünkü püşkə münasibət
“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” - Tahir Gözel
"Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - Video
Millimizin təlim-məşq toplanışı başladı
"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a qalib gəldi
"Şamaxı"da ayrılıq
Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - Video
"Qalib gəlsək də, oyundan tam razı deyiləm" - Saşa İliç
"Sumqayıt" "Karvan-Yevlax"a belə qalib gəldi - Video
Avropa Liqasında pley-off cütləri müəyyənləşdi
Qəbələdə heyətlər açıqlandı
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı
"Qarabağ"ın rəqibi müəyyənləşdi - Yenilənib
UEFA Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər
Azərbaycanda oynamış futbolçu İranda həbs edildi
Bundesliqa klubu Fransadan futbolçu aldı
"Fənərbaxça"dan "Dinamo"ya keçdi
Verner MLS klubuna keçdi
Avropa Liqasının Liqa mərhələsinin bombardirləri
"Fənərbaxça"nın heç-heçəsi - Video
Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
"Baş məşqçi olmaq istəməzdim"
Afrikada oynayan azərbaycanlı futbolçu "Qəbələ"də - Rəsmi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu