"Sumqayıt"ın hücumçusu Rüstəm Əhmədzadənin QOLaz saytına müsahibəsi
- Misli Premyer Liqasının 14-cü turunda "İmişli"ni 1:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Asan oyun olmayacağı gözlənilirdi. Çünki "İmişli" yaxşı komandadır. Xüsusən də əks-hücumlarda çox təhlükəli olurlar. Buna görə də matça çox ciddi hazırlaşmışdıq. Qol epizodları yaratmaq, fərqlənmək çətin idi. Lakin biz sona qədər inanırdıq. Yekunda da istəyimizə çatdıq və lazımi qolu vurduq.
- Matçda hesabı açsanız da, sonda komandanızın qapısına təyin olunan penaltiyə səbəbkar olmaqla bir anda antiqəhrəmana çevrilə bilərdiniz...
- Həqiqətən də çox emosional oyun oldu. Top istəmədən əlimə dəydi. Ümumi götürdükdə biz qələbəyə layiq idik. Bəlkə də buna görə bəxt bizim tərəfimizdə oldu.
- "İmişli" penaltini yerinə yetirərkən hansı hisslər keçirirdiniz?
- Çox narahat idim, çox həyəcanlanırdım. Bu matçda 3 xala ehtiyacımız var idi. Buna görə də zərbə anına heç baxa da bilmədim. Yaxşı ki, qol olmadı.
- İlk dövrədə də "İmişli" ilə matç dramatik alınmışdı. 0:1 hesabı ilə uduzsanız da, sonda texniki qələbə əldə etmişdiniz...
- Həmin görüşü yaxşı xatırlayıram. Çoxlu qol epizodu yaratsaq da, qalib gələ bilməmişdik. Sonra texniki qələbə əldə etdik. Bu, əlavə motivasiya idi. Çünki "İmişli"ni məğlub edib güclü olduğumuzu göstərmək istəyirdik. Lakin yenə də "İmişli"nin haqqını vemrək lazımdır. Çox yaxşı komandadır. Heyətlərində də güclü futbolçuları var. Buna görə də çox gərgin oyun keçdi. Hətta yekunda dava da düşdü. Hər şey emosiyalarla bağıdır.
- Davaya səbəb nə idi?
- Açığı, mən kənarda durmuşdum. 3 sarı vərəqəm var və artıq 5 oyundur ehtiyatlı olmağa çalışıram. Qış fasiləsi ərəfəsində cəzalı duruma düşmək istəmirəm. Buna görə də dava olan tərəfə heç getmədim ki, birdən sarı vərəqə ilə cəzalanaram.
- Baş məşqçi Saşa İliç 4 oyunluq cəzalanıb. Onun ehtiyat oyunçular skamyasında olmaması siz futbolçulara nə dərəcədə təsir göstərir?
- Ciddi bir problem deyil. Tribunadan baş məşqçimizijn tapşırıqlarını, göstərişlərini eşidirdim. Paltardəyişmə otağında da biryerdəyik.
- Son 5 oyunda 4 qələbə qazanmısınız. "Sumqayıt" bu formanı qış fasiləsinə qədər qoruya biləcək?
- Bəli, məqsədimiz budur. Qış fasiləsinə 2 tur qalıb. Hədəfimiz son iki matçda altı xal qazanmaqdır.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"