"Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə".
QOL.az xəbər verir ki, bu fikirləri sportinfo.az-a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a məğlubiyyətdən sonra (2:4) "Qarabağ"ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.
O, övladının ünvanına ən çox səslənən "adamı var" iddiasına da aydınlıq gətirib:
"And olsun Allaha o uşaq ilk günlər "Qarabağ"da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib "Qarabağ"da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.
"Qarabağ"ın akademiyasında Elnur müəllim çox dəstək olub. Amma valideyin qayğısını kim əvəz edə bilər?
Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardı. Yerli camaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimisə olmayıb.
Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib "Qarabağ"a çıxıb. "Qarabağ"da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda 2 dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim bildirdi ki, yazılanlar Nərimana təsir etməməlidir. Vəssalam".
Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nərimanın üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib:
"Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.
Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə o da olsun.
Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir