“Son üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müvəqqəti baş məşqçisi Sənan Qurbanov Misli Premyer Liqasının 14-cü turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları matçı şərh edərkən deyib.
Mütəxəssis geridə qalan 3 oyunda akademiya məşqçiləri ilə birlikdə əllərindən gələni etdiklərini, lakin nəticələrin yaxşı olmadığını və azarkeşləri üzdüklərini etiraf edib. Sənan Qurbanov bu qarşılaşmanın son üç oyunun ən pisi olduğunu vurğulayıb:
“Son üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü görüş oldu. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana iki hücumçu ilə çıxdıq ki, bəlkə təzyiq göstərə bilək. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzlənmək istədilər və bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq, amma bu, nəticəsini vermədi”.
Məğlubiyyət fonunda yalnız Alessio Kurçinin üzrxahlıq etməsi məsələsinə toxunan S.Qurbanov, əslində bütün futbolçuların nəticələrə görə utandığını qeyd edib:
"Allah qoysa, qarşıdakı günlərdə yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq "Neftçi"nin yaxşı olmasını arzulayırıq".
Səhvlərə yol verən Kenan Piriç və Sessi Dalmeydanın israrla start heyətində yer alması barədə sualı isə Sənan Qurbanov belə cavablandırıb:
“Siz kənardan bəlkə daha yaxşı görürsünüz. Mən də "Neftçi"nin oyunlarını izləyirdim. Amma birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim”.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var