“Napoli”nin baş məşqçisi Antonio Konte “Qarabağ”la sabah keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci turunun oyunu ilə bağlı mətbuat konfransı keçirib.
QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, kmandasındakı zədəlilərin durumundan narahat olduğunu bildirib və tibb heyətini vəziyyətlə bağlı daha açıq danışmağa çağırıb.
Neapollular 4 turdan sonra cəmi 4 xal toplayıb və evdə keçiriləcək bu matç onlar üçün xüsusi önəm daşıyır. Üstəlik, sabah əfsanəvi Dieqo Maradonanın vəfatının beşinci ildönümüdür və Konte qələbəni dünya futbolunun ikonası olan argentinalıya həsr etmək istədiyini deyib.
“Əlbəttə, Maradonanın anım günüdür. Onun Neapol üçün nə demək olduğunu hamı bilir. Qalib gəlsək, bunu ona həsr etmək gözəl olar,” – deyə Konte bildirib.
Rəqib haqda danışan Konte “Qarabağ”ın Çempionlar Liqasının sürpriz komandası olduğunu vurğulayıb:
“Şənbə günü oynadığımız matç (A seriyasında) yaxşı idi. "Atalanta" kimi fiziki komandaya qarşı oynamaq asan deyildi, amma yaxşı cavab verdik, çox enerji sərf olundu. İndi bərpa olmalıyıq. "Qarabağ"la matça fokuslanırıq, bu, əsla yüngül qəbul ediləcək oyun deyil. "Qarabağ" məncə, bu Çempionlar Liqasının bir növ sürpriz komandasıdır. Onlar yüksək templə çıxış edəcəklər və biz böyük diqqətlə oynamalıyıq. "Benfika"nı səfərdə udublar, "Çelsi" ilə heç-heçə ediblər, hansı ki, gedişatda hesabda irəlidə idilər. Keyfiyyətli futbolçuları var”.
“Napoli”də Romelu Lukaku avqustdan, Kevin De Brüyne, Frank Angissa, Aleks Meret, Leonardo Spinatsola və Billi Gilmor isə son həftələrdə sıradan çıxıb. “Atalanta” ilə oyunda Amir Rrahmani və Rasmus Höjlund da əvəzlənmişdi, lakin Konte onların (Lukaku istisna olmaqla) “Qarabağ” matçına hazır olacağını deyib.
“Təəssüf ki, məşqçi kimi bəzi şeyləri idarə edə bilirsən, bəzi şeyləri isə yox. Mövsümün əvvəlindən zərurətdən çıxış edərək vəziyyəti yola verməyə çalışırıq,” – deyə o bildirib.
Konte zədələrlə bağlı tibb heyətinin daha çox məlumat verməsinin vacibliyini də dilə gətirib:
“İstərdim ki, tibbi personal vəziyyəti daha çox izah etsin, çünki bu, onların sahəsidir. Bu, əzələ zədəsi deyil və bərpa müddətini mən dəqiq deyə bilmirəm”.
Zədə sıxıntıları səbəbindən Konte son turda 3 müdafiəçi ilə oynamağa məcbur qalıb: “Bu dəyişiklik məcburiyyətdən irəli gəldi. Oyunçuları ən doğru mövqelərdə yerləşdirmək üçün belə qərar verdik. Müdafiədə bir sistemlə, hücumda başqa sistemlə oynaya bilərik.”
Mediada Lukakunun “Roma” ilə növbəti A Seriya oyununda meydana çıxa biləcəyi iddia olunsa da, Konte bunu təsdiqləməyib: “O, hələ tam hazır deyil, hələ çox çalışmalıdır. Lukaku beynəlxalq səviyyədə tanınmış, komanda üçün çox önəmli bir oyunçudur. Hazır olanda həm meydanda, həm də paltardəyişmə otağında çox şey verəcək. Uzun müddət Belçikada müalicə almalı oldu”.
Sonda Konte komandanı motivasiya edərək belə deyib: “Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır