Milli komandamızın yarımmüdafiəçisi Ceyhun Nuriyev dünən DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı keçirilən oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Rəqibin gücü məlumdur. İslandiyaya ilk matçda böyük hesabla uduzmuşduq. Buna görə də içimizdə revanş hissi var idi. İnamlı mübarizə apardıq, qol epizodları yaratdıq. Sadəcə hücumun son fazasında alınmırdı. Layiqli mübarizə apardıq, lakin məğlubiyyət məğlubiyyətdir. Təbii ki, uduzduğumuz üçün məyusuq.
- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
- Bir epozidda penalti ehtimalı var idi. Mənim baxışımdan epizod penaltiyə oxşayırdı. Lakin biz meydanın içindəyik. Bəlkə də kənarda fərqli görsənirdi. Ona görə dəqiq fikir bildirmək çətindir.
- Əvvəlki matçlardan sonra azarkeşlərdə milliyə inam yaranmışdı. Lakin yenə də xal qazanmaq mümkün olmadı. Nə çatışmadı?
- Nəticə qazanmağı biz azarkeşlərdən də çox istəyirdik. Çatışmayan hücumdakı bitiricilik idi. Düzdür, müdafiədə də boşluqlar oldu. Aydın yaxşı toplar çıxardı. Qol vurmaq lazımdır. Fərqlənə bilmirsənsə, xal qazanmaq da mümkün deyil. Görünən odur ki, daha çox çalışmalıyıq, daha dəqiq oynamalıyıq.
- Fransa ilə görüşdən nə gözləmək olar?
- Real götürsək, həmin matçda itirəcəyimiz bir şey yoxdur. Əksinə, nəsə qazana bilərik. Seçmə mərhələdəki son matçımızdır. Fransanın təqdimata ehtiyacı yoxdur. Adından hər şey bəllidir. Bununla belə, Fransadan çəkinməyəcəyik, xal üçün mübarizə aparacağıq.
- Ümumiyyətlə, bu millinin potensialı nəyə imkan verir?
- Keçən ilə, əvvəlki aylara nisbətən daha yaxşıyıq. Bu cür üzüyuxarı getsək, İslandiya, Ukrayna kimi komandalara diş göstərə bilərik.
- Ölkə çempionatında legioner limitinin ləğvi milliyə nə dərəcədə mənfi təsir göstərir?
- Bu, oyunçular üçün problemdir. Fakt budur ki, bu futbolçular limit olanda klubların daha çox oynayırdılar. İndi isə az forma şansı qazanırlar və bu da milliyə mane olur.
- Düşünmürsünüz ki, bu halda ən yaxşı variant legioner həyatı yaşamaqdır? Digər tərəfdən isə əksər futbolçularımızın legioner həyatı qısa sürür...
- Legioner həyatı yaşamağı hər bir futbolçu istəyər. Açığı, mən legioner həyatı yaşamamışam. Ona görə də gedənlərin tez qayıtması barədə dəqiq fikir bildirə bilmərəm. Ola bilər adaptasiya baxımından problem yaşayıblar. Hər halda Avropa ilə müqayisədə mentalitet fərqli ola bilər. Şəxsən öz adımdan deyə bilərəm ki, legioner həyatı yaşamaq mənim xəyalımdır.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"