Futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, meydan sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Oyunla bağlı fikirlərini bölüşərdin…
– Çox keyfiyyətli komandaya qarşı oynadıq. Bilirdik ki, bizə çox çətin olacaq, çünki rəqib topla çox möhtəşəm komandadır. Çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlar üçün rahat olsun. Və birinci hissədə yaxşı alınırdı. Yenə də, keyfiyyət baxımından uduzurduq, Kilian Mbappe bizi çox rahat keçirdi. Çalışırdıq rəqibi əks-hücumda tutaq, alınmırdı. Ən böyük problemimiz o oldu ki, əks-hücuma çıxa bilmədik. Çünki onlar bizi tez qarşılayıb, topu ələ keçirirdilər. Yenə də, vuruşduq, çalışdıq. Bugünkü oyunda məncə, maksimum bu idi.
– Bu gün güc sərfiyyatı həddindən artıq çox oldu. Bu, sizə Ukrayna ilə matçda nə dərəcədə çətinlik yarada bilər?
– Özümüzü bərpa edib, oyuna hazırlaşarıq. Bilirik ki, Ukrayna da çox güclü rəqibdir. Çalışacağıq ki, bu oyuna yaxşı hazırlaşaq.
– Oyundan öncə futbol ictimaiyyətində və azarkeşlər arasında “Oser faciəsi”nin təkrarlanacağı ilə bağlı qorxu var idi. Futbolçular arasında bu təhlükəni ağlınızdan keçirirdizmi?
– Yox, onu düşünmürdük. Biz düşünürdük ki, necə oynaya bilərik. Baş məşqçimiz Ayxan müəllim (Abbasov) də bizə çox güvənirdi. Biz də çalışırdıq ki, onun istəklərini yerinə yetirək. Bu, bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsas da bəzi mübarizələrdə, hücumda çox top itirirdik. Yenə də, bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələni etdi.
– Bu oyuna Fernandu Santuşun rəhbərliyi altında çıxsaydınız, hesab neçə olardı?
– Onu mən bilmirəm. Fərqli ola bilərdi. Yaxşı və ya pis – onu da biz bilmirik.
– Ayxan Abbasov millidə nəyi dəyişib?
– O, bizi yaxşı tanıyır. Çalışır ki, birlik yaransın, bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə, ilk oyunlarda onda yaxşı alındı. İndi isə çalışacağıq ki, davam edək. Çünki digər rəqiblər də çox güclüdür (komanda.az).
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi