Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın üzərində qazanılan 3:0 hesablı qələbədən razı qalsa da, komandasının ümumi çıxışını, xüsusən də ilk hissədəki oyununu bəyənməyib.
QOL.az “L”Equipe” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə oyundan sonra keçirilən mətbuat konfransında bildiriib. 56 yaşlı mütəxəssis qeyd edib ki, nəticə onu qane etsə də, eyni sözləri oyuna aid edə bilmir:
- Rəqibin sıx müdafiəsi qarşısında dik oyun və sürət çatışmırdı. Oyun çox ləng gedirdi. Futbolçuların “sonda hər şey bizim xeyrimizə olacaq” kimi düşünmələrinin qarşısını ala bilmərəm. Amma biz onlardan daha çox intensivlik tələb etmişdik və bu, çatışmadı. İkinci hissədə, həm dəyişikliklər, həm də rəqibin yorulması sayəsində daha çox fürsətlər qazandıq. Bu, daha yaxşı idi. Amma mən sevindiyimdən uçmayacağam. Qələbə planlaşdırılmışdı, lakin birinci hissədə daha yaxşı oynamalı idik.
– Florian Tovenin meydana daxil olması və vurduğu qol barədə nə deyərdiniz?
- Bu, həm bizim, həm də onun üçün çox yaxşı oldu. Təbii ki, bütün futbolçular kimi o da burada olmaqdan xoşbəxtdir. Həmişə texniki bacarığı və qapı qarşısında soyuqqanlılığı ilə seçilib. Oyuna böyük istək və həvəslə daxil oldu. Onun qol vurmasına çox sevinirəm. Bu, onun üçün xoşbəxt an idi. Komandaya qoşulmaqdan çox məmnundur, bu da dərhal hiss olunur.
- Kilian Mbappenin vəziyyəti necədir?
- O, tam formada idi. Topa toxunduğu anda sürətini görmək olur. O, liderdir, kapitan kimi komandaya ruh verir. Sentyabrda da eyni fiziki hisslərdə olmasa da, bu ruhda idi. İndi isə komandaya motivasiya bəxş edir. Sadəcə top uğrunda mübarizədə topuğundan zərbə aldı. Ağrı kifayət qədər güclü olduğundan ehtiyat üçün meydanı tərk etməyi üstün tutdu.
– Mixael Olise bu gün yaxşı oynamadı…
- Bəli, bu, onun ən yaxşı oyunu deyildi. O, “Bavariya”da sağ cinahda oynamağa alışsa da, əslində mərkəzdə özünü daha rahat hiss edir. Olise çox keyfiyyətli futbolçudur, sadəcə bu dəfə texniki səhvləri çox oldu. Amma mən onunla bağlı narahat deyiləm. Fransa millisinin vacib oyunçularından biri olaraq qalacaq.
– İlk dəfə əsas heyətdə başlayan Kefren Türam və Hyugo Ekitikenin çıxışını necə dəyərləndirirsiniz?
- Bu, heç vaxt asan olmur. Kefren ikinci hissədə daha sərbəst oynamağa başladı. Bu, onun üçün təcrübə olacaq, oyun praktikasına ehtiyacı var. Hyugo isə ilk hissədə oyuna az qoşula bilirdi, amma ikinci hissədə irəliyə daha çox qaçışlar edərək faydalı oldu. Onlar gənc oyunçulardır və onların potensialını görmək üçün daha çox oyun lazımdır.
- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?
- Elementar oyun idi. 7 qol imkanımız var idi, 3-nü vurduq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək