"Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruha sahibdirlər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar".
QOL.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis komandasının qapısı qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan verməyəcəklərini bildirib: “Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdəfinəni yarmaq üçün həll yolları tapmalıyıq”.
O, hazırda İslandiyanı deyil, Azərbaycan millisi ilə oyunu düşündüyünü vurğulayıb: "Əvvəldən eyni oyunçuları meydana buraxmaq fikrində deyiləm. Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı