Almaniya futbolunun əfsanəsi Lotar Matteus hesab edir ki, hazırda Münhen "Bavariya"sı Avropanın ən yaxşı komandasıdır.
QOL.az xəbər verir ki, bu barədə 64 yaşlı ekspert "Sky Sport"a müsahibəsində deyib.
O bildirib ki, "Bavariya"nın hazırkı nəticələri doğrudan da təsiredicidir: "Onlar "Ayntraxt"la görüşdə güclü oyun nümayiş etdirdilər.
Mənim fikrimcə, "Bavariya" bu gün Avropanın ən yaxşı komandasıdır. Söhbət təkcə nəticələrdən getmir. Komandanın oyundan həqiqətən zövq aldığı açıq şəkildə görünür. Daxildə sabitlik və aydın struktur mövcuddur. Bu isə Avropanın bir çox aparıcı klublarında hələlik müşahidə olunmur.
Məsələn, "Real Madrid"də hər zaman ya Cud Bellingem ya da Vinisius haqqında danışılır. "Barselona"da isə maliyyə vəziyyəti ilə bağlı daim narazılıqlar var. "Liverpul" da böyük pullar xərcləsə də, klub daxilində müəyyən narahatlıq müşahidə olunur. Təsəvvür edin ki, "Bavariya" Lamin Yamalı transfer etsəydi bu, əsl xaosa səbəb ola bilərdi.
Son illərdə Münhen klubunda da buna bənzər vəziyyət yaşanmışdı: bəzi ulduzlar fantastik məbləğlərə müqavilə imzalayır, digər oyunçular da eyni səviyyədə maaş tələb edirdi. Elə bu səbəbdən Uli Höness hələ mövsüm başlamamışdan əvvəl maaş strukturu ilə bağlı dəqiq bir mövqe ortaya qoydu".
Matteus deyib ki, "Bavariya"da indi də çox keyfiyyətli oyunçular var, lakin hər biri öz yerini və rolunu dəqiq bilir.
"Bu isə baş məşqçi Vensan Kompaninin böyük uğurudur. Mən əminəm ki, o, hər bir futbolçuya komandadakı mövqeyini və vəzifəsini açıq şəkildə izah edib”, – deyə Münhen klubunun sabiq futbolçusu Lotar Matteus bildirib.
Xatırladaq ki, hazırda "Bavariya" 2 turdan sonra Çempionlar Liqasında top fərqinə görə liderdir. Komanda həmçinin Almaniya bundesliqasında 6 oyundan 18 xalla 1-ci yeri tutur.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi