UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İtaliyanın “Roma” komandası Fransanın “Lill” klubunu qəbul edib. Roma Olimpiya Stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.
QOL.az xəbər verir ki, matçın taleyini həll edən yeganə qol 6-cı dəqiqədə vurulub. Hakon Haraldsson erkən dəqiqələrdə fərqlənərək “Lill”ə vacib 3 xal qazandırıb.
Lakin görüşə damğasını vuran əsas hadisələr qarşılaşmanın son dəqiqələrində yaşanıb. “Roma” 85-ci dəqiqədə penalti qazanıb. Ukraynalı hücumçu Artem Dovbykin ilk zərbəsini qonaqların qapıçısı, Türkiyə millisinin üzvü Berke Özer dəf edib. Lakin VAR-dan gələn xəbərdarlıqla penalti təkrarlanıb. İkinci dəfə Dovbyk eyni istiqamətə zərbə endirsə də, Berke bu dəfə də qolu əngəlləyib. Amma hakim qolkiperin qayda pozması səbəbindən (ayağı xəttə olmadığına görə) penaltini bir daha təkrarlatdırıb.
Üçüncü penalti zərbəsini isə bu dəfə Matias Soule yerinə yetirib. Argentinalı gənc futbolçunun zərbəsini də Berke Özer qaytara bilib.
Beləliklə, Berke ardıcıl üç penalti zərbəsini dəf edərək matçın qəhrəmanına çevrilib və Avropa futbolunda nadir rast gəlinən bir hadisəyə imza atıb.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir