"Fənərbaxça"dan (İstanbul) istefaya göndərildikdən sonra "Benfika"nın (Lissabon) baş məşqçisi təyin edilən Joze Mourinyo Portuqaliyada qalmaqala səbəb olub. Bu, onun hakim barədə söylədiyi "şəxsiyyətsiz" sözü ilə əlaqədardır.
QOL.az xəbər verir ki, bu barədə həmin ölkənin bir neçə media qurumunda məlumat yayılıb.
Mourinyonun rəhbərliyi altında "Benfika"nın yerli liqada "Rio Ave"yə qarşı ev matçında heç-heçə (1:1) edib. Oyunda onun komandasının bir qolu VAR tərəfindən ləğv edilib. Buna isə 62 yaşlı mütəxəssis kəskin etirazını bildirib.
O, matçdan sonra verdiyi açıqlamada hakimlər barədə sərt sözlər söyləyib. Mourinyo deyib:
"Bir qol vurursan. Amma bu günün futbolu elədirsə ki, təkcə kimininsə ayağına basıldığına və ya formanı azacıq dartdığına görə qol ləğv olunursa, mən belə futbolu sevmirəm. Nəticədə baş rolda futbol şəhərində oturub, hamımızın gördüyü hadisəni hakimin izləməsini qərar verən bir bəylə, bir də şəxsiyyətsiz olub yalnız VAR-ın dediyinə tabe olan bir hakim olur. Hakimin VAR-a çağırıldığını gördüyüm anda artıq qolun ləğv olunacağını bilirdim".
Bu açıqlamasından sonra Portuqaliya Peşəkar Hakimlər Birliyi təcrübəli baş məşqçini Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət edib. Portuqaliyanın nüfuzlu qəzetlərindən "A Bola" Mourinyo ilə bağlı bu iddianı təsdiqləyib. Təcrübəli baş məşqçinin hansı cəzanı alacağı isə maraqla gözlənilir.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov