“Real” bu axşam UEFA Çempionlar Liqasında mövsümün star oyununda "Olimpik Marsel"i qəbul edəcək. Madrid klubunun baş məşqçisi Xabi Alonsonun bu görüşdə də Arda Gülerə start heyətində şans verəcəyi gözlənilir.
QOL.az-ın məlumatına görə, “Marca” nəşrində dərc olunan yazıda Arda Gülerin Ançelotti dövründəki vəziyyəti ilə indiki durumu arasında gecə ilə gündüz qədər fərqi olduğu qeyd edilib. Bildirilib ki, Arda bu dəfə xəyallarını qurduğu Çempionlar Liqasında komandanın açar oyunçusu kimi meydana çıxacaq.
Ançelotti dönəmində Arda ilk dəfə Çempionlar Liqasında forma geyinsə də, italiyalı mütəxəssisin ona çox az oyun vaxtı verməsi tənqidlərə səbəb olmuşdu: “Arda “Real” Madridin mübahisəsiz start heyətində yer alacaq. 20 yaşlı türk futbolçu həyəcanı və revanş hissini birləşdirən təbəssümlə rəqabətə qatılır: nəhayət, zamanının gəldiyini hiss edir və daim xəyalını qurduğu turnirdə lider futbolçu kimi meydana çıxır”.
Həmçinin vurğulanır ki, Arda Güler “Marsel” qarşısında yalnız start heyətində yer almayacaq, eyni zamanda komandanın yaradıcı ulduzlarından biri kimi də çıxış edəcək.
Arda Gülerlə Mbappenin əlaqələrinin xeyli gücləndiyi, ikilinin “Real” Madrid üçün ölümcül silaha çevrildiyi də yazıda xüsusi qeyd olunub: “Çempionlar Liqası artıq qapıdadır və imtahan yaxınlaşır. Arda sadəcə istedadlı bir gənc və ya ehtiyat ulduz olmaq istəmir. O, Bernabeuda tarixi gecələrə adını yazdırmaq istəyir. Çempionlar Liqası onun üçün böyük bir səhnədir və əvvəlki mövsümlərin əksinə olaraq, bu il özünü tam hazır hiss edir”.
Xatırladaq ki, “Real” - “Olimpik Marsel” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı