Ukrayna millisinin sabiq üzvü Sergey Zadorojnıy DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan yığması ilə Bakıda keçirilən oyundan (1:1) danışıb.
QOL.az xəbər verir ki, 49 yaşlı keçmiş müdafiəçi "sport.ua"ya açıqlamasında deyib ki, Ukrayna millisi sanki Azərbaycan səfərinə 1 xal üçün yollanıb:
"Ukrayna millisinin dünya çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün Bakıda qalib gəlməsi vacib idi. Amma elə təsəvvür yarandı ki, bizim futbolçular üçün əsas məqsəd uduzmamaq idi. Bunu həm start heyətindən, həm də hücum yönümlü olmayan oyundan görmək olurdu".
O bildirib ki, Bakıda qeydə alınan 1:1 hesabı təsadüfi nəticə deyil: "Topa nəzarət və meydanda üstünlüyümüz var idi, amma bu, bizə ciddi üstünlük qazandırmadı. Çünki mərkəz zonasındakı yavaş və monoton ötürmələr səbəbindən rəqib müdafiədə rahat şəkildə yerləşə bilirdi və arada yaranan boşluqları asanlıqla bağlayırdı. Beləliklə, bərabərlik heç də təsadüfi nəticə deyildi".
Qeyd edək ki, ilk turda Fransaya 0:2 hesabı ilə uduzan Ukrayna millisinin 2 oyuna 1 xalı var. Azərbaycanla oyundan sonra Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun istefaya göndərilməsi ilə bağlı müzakirələr yaranıb.
İnfantinoya rəqib gəlir?
"Mən təlxək deyiləm!"
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu