Ukraynalı futbol azarkeşləri ölkə millisinin baş məşqçisi Sergey Rebrovun istefasını tələb etməyə başlayıb.
QOL.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb. Qeyd edilib ki, Sergey Rebrov 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğursuz startdan sonra tənqidlərin və istefa çağırışlarının artması səbəbindən İnstagram səhifəsində şərh bölməsini məhdudlaşdırmalı olub.
Seçmə mərhələnin ikinci turunda Ukrayna gözlənilmədən xal itkisi ilə üzləşib. Azərbaycan millisii ilə Bakıda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Bu nəticə Ukraynanın dünya çempionatına vəsiqə uğrunda apardığı mübarizədə turnir cədvəlindəki mövqeyinə ciddi zərbə vurub. Məlumatda bildirilir ki, autsayder hesab edilən bir rəqibə qarşı xal itirilməsi azarkeşlər arasında narazılıq dalğası yaradıb. Bir çox fanatlar sosial şəbəkələrdə komandaya qarşı narazılıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycanla matçda maksimum nəticə əldə olunmalı idi. Sergey Rebrov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəsə də, fanatların əksəriyyəti narazılığını birbaşa onun İnstagram səhifəsində bildirməyə qərar verib.
Baş məşqçinin son paylaşımının altında onlarla şərh yer alıb, onların çoxu "Zəhmət olmasa, istefa verin" kimi çağırışlardan ibarət olub. Tənqid dalğasının qarşısını almaq üçün Rebrov paylaşımlarına şərh yazma imkanını məhdudlaşdırıb. Onun səhifəsinin ekran görüntülərində paylaşımların altında şərhlərin bağlandığına dair bildirişlər görünür.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək