Fransada PSJ klubu ilə yerli futbol federasiyası arasında narazılıq yaranıb.
QOL.az xəbər verir ki, əvvəl PSJ bəyanat yayaraq komandanın Fransa yığmasına dəvət edilən hücumçuları Usman Dembele və Dezire Due üçün klubun tövsiyə etdiyi yük limitlərinin nəzərə alınmamasına etiraz edib.
Hər iki futbolçu "üçrənglilər"in düşərgəsində olarkən zədə alıblar.
"Usman Dembele və Dezire Due kimi futbolçuların Fransa yığmasına çağırıldıqdan sonra zədə almaları, həm oyunçular, həm də klubumuz üçün ciddi fəsadlar doğurur. Bununla əlaqədar PSJ Fransa Futbol Federasiyasına məktub göndərərək, təcili şəkildə klublarla milli komanda arasında idman-tibbi koordinasiya üzrə yeni protokolun hazırlanmasını tələb edib. Bu protokol daha şəffaf olmalı, futbolçuların sağlamlığı və tibbi müşayiəti əsas prioritet kimi nəzərə alınmalıdır.
PSJ öz oyunçularını ilboyu tibbi nəzarətdə saxlayır və onların sağlamlığı barədə dəqiq və ətraflı məlumatlara malikdir. Fransa yığmasının toplanışından əvvəl klub federasiyaya oyunçuların qəbul edə biləcəyi yük və zədə riskləri ilə bağlı konkret tibbi sənədlər təqdim etmişdi. Klub təəssüflə bildirir ki, bu tibbi tövsiyələr Fransa yığmasının tibbi heyəti tərəfindən nəzərə alınmayıb. Həmçinin klubun tibbi heyəti ilə əlaqə və məsləhətləşmələrin tamamilə olmaması da narahatlıq doğurur.
PSJ, Fransa yığmasına dəstəyini təsdiqləməklə yanaşı, bu təəssüf doğuran hadisələrin klub və milli komanda tibbi heyətləri arasında sistemli, sənədləşdirilmiş və qarşılıqlı fikir mübadiləsi təmin edən yeni rəsmi tibbi koordinasiya strukturunun yaradılmasına yol açacağına ümid edir. Eyni zamanda, xüsusilə müalicə tələb edən zədələr olduqda, oyunçuların yığmaya çağırılması və istifadəsində daha güclü ehtiyat prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayır".
Federasiyanın cavabı
Bundan sonra Fransa Futbol Federasiyasının (FFF) rəhbəri Filipp Diallo PSJ prezidenti Nasser Əl-Xelayifiyə məktub ünvanlayıb. Məktubda Fransa futbolunun rəhbəri vəziyyəti sakitləşdirməyə çalışır və PSJ ilə açıq qarşıdurma istəmir. Diallo vurğulayıb ki, milli komanda hər bir klubdan daha vacibdir. O, futbolçularla bağlı məsələ üzrə tibbi heyətin hərtərəfli araşdırma apardığını təsdiqləyib.Bundan əlavə, FFF rəhbəri oyunçuların yüklənməsinin əsas səbəbinin sıx təqvim olduğunu qeyd edərək, bu məsələyə də diqqət çəkib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək