DÇ-2026-nın E qrupunun 2-ci turunda Türlkiyə millisi Konyafa İspaniyaya 0:6 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, matçdan sonra Türkiyə komandasının baş məşqçi Vincenzo Montella məğlubiyyəti belə şərh edib:
“Hamımız çox məyusuq. Futbolçularımız, azarkeşlərimiz üçün üzülürük. Açığını desəm, oyunun əvvəlində bir neçə qol imkanı qazandıq, amma dəyərləndirə bilmədik. Ardınca ilk fürsətdə qapımızda qol gördük, sonra ikinci top gəldi. Belə olanda zamanla inam da azalır. Nəticədə bu nəticə ortaya çıxdı. Komandamız inkişaf mərhələsindədir. Ağıllı davransaq, bu görüşdən dərs çıxara bilərik. Oyuna nəzər salanda, taktiki baxımdan real analiz etmək mümkün deyil. Futbolçularımız üzərlərinə düşən məsuliyyətin ağırlığını hiss etdiklərinə görə potensiallarından aşağı oynadılar. Rəqib isə meydanın hər yerində ikili mübarizələri qazandı. Bu, taktika ilə bağlı deyil. Ruhdan düşməməliyik.”
Mətbuat konfransında bir jurnalist Montellaya sual verib: “Bundan əvvəl də belə ağır məğlubiyyətlərdən sonra baş məşqçi dəyişikliyi olmuşdu. Siz bu mövzuda narahatlıq hiss edirsinizmi?”
İtalyan mütəxəssis cavabında deyib: “Xeyr, heç bir narahatlığım yoxdur! Qətiyyən! Biz artıq oktyabr ayına köklənmişik. İkinci yeri təmin etmək üçün mübarizə aparacağıq. Dediyim kimi, əsas hədəfimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək