AFFA-nın baş katibi Cahangir Fərəcullayevin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupu üzrə İslandiya - Azərbaycan oyunundan öncə Reykyavikdə jurnalistlərə müsahibə verib.
QOL.az offsideplus.az-a istinadən sözügedən müsahibəni təqdim edir:
- Komanda artıq 3 gündür ki, Reykyavikdədir. Təəssüratlar necədir, komanda oyuna hazırdır? Onlardan tələblər necədir?
- İlk növbədə komandada ab-hava çox yaxşıdır. Uşaqlar motivasiyalıdır, hamı istəklidir. Seçmə mərhələyə yaxşı başlamaq istəyirik. Düşünürəm ki, elə də olacaq. Tələblərə gəlincə, bu tələb yox, ümumi müzakirə yekunudur. Məqbul saydıq, tələbi yerinə yetirdik. Bizim komanda qarşısında tələbimiz yoxdur, özlərindən tələb etməlidirlər. Məncə də edirlər. Hamımız daha yaxşı oyun, nəticə gözləyirik.
- Tələbiniz yoxdur. Bəs, vədiniz varmı?
- Məncə idmanda, xüsusilə futbolda vəd vermək lazım deyil. Vəd yeganə ondan ibarətdir ki, azarkeşləri sevindirməm üçün uşaqlar əllərindən gələni edəcəklər.
- Mükafatı nəzərdə tuturdum...
- Mükafat fondu komandadaxili məsələdir. Bizə nə lazımdır? Motivasiya. Uşaqlar motivasiyalıdır. Onu bilmək yetərlidir.
- Sabah (Müsahibə dünən verilib-red.) hansı nəticə məqbul sayılacaq?
- Ümumiyyətlə, hər hansı idman növündə oyunu başlayanda udmaq istəyirsən. Biz də udmaq istəyirik.
- Futbol ictimaiyyətində belə bir fikir var ki, bu iki matç Fernandu Santuşun yığmada son oyunları ola bilər. AFFA rəhbərliyində də bu yöndə qənaət formalaşıb?
- Qənaət yoxdur. Bu, ilk matçdır. Qətiyyən bədbin düşünmək olmaz. Pis fikir formalaşsa idi, Fernandu Santuş burda olmazdı. Biz yalnız pozitiv düşünürük.
- Adətən böyük turnir öncəsi AFFA rəhbərliyi, prezidenti komanda ilə görüşürdü. Bu dəfə görüş olub?
- Görürəm, məlumatlısınız. AFFA-nın rəhbərliyi komanda ilə görüşüb. Qayğıları ilə maraqlanıb, öyrənib, yaxşı müzakirə olub. Gizli olmayıb, bu, komanda daxili yığıncaq idi. Mətbuat və ictimaiyyət üçün deyildi, sadəcə komanda daxili dost görüşü idi.
- Sabah (bu gün-red.) U-21 yığmamız Portuqaliyada çox çətin oyuna çıxacaq. Həmin oyundan nə gözləmək olar?
- Yığmada Ayxan müəllimin çox böyük işi var. Biz hazırlıq dövrünü onunla müzakirə etmişik. Gözlənti yeni komanda formalaşdırmaqdır. Püşk elə gətirdi ki, ilk matçda ən çətin rəqiblə düşdük. Səfərdə görüşürük. Əsas olan komandanı sınayıb, səfərdən üzüağ çıxmaqdır.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət