19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Sloveniyada təşkil olunan “Slovenia Nations Cup” yoldaşlıq turniri çərçivəsində İslandiya yığması ilə keçirilən ilk oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
QOL.az xəbər verir ki, baş məşqçi U-19 millimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların əzmkar mübarizə apardıqlarını bildirib: “Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür. İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, qarşılaşmanın gedişində bəzi səhvlər oldu. Bu səhvlərimizin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm”.
Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib: “İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb”.
Qeyd edək ki, U-19 millimiz turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər