UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Şkendiya” oyunu öncəsi iki klubun rəhbərliyi arasında görüş təşkil olunub.
QOL.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, qeyri-rəsmi nahar görüşündə “Qarabağ”ın prezidenti Tahir Gözel “Şkendiya”nın sahibi Lazım Destani və ailəsi, həmçinin hər iki klubun nümayəndələri bir araya gəlib. Tahir Gözel Şimali Makedoniyada keçirilən səfər matçı zamanı xoş qarşılanmaya və dəvətə görə “Şkendiya” klubunun rəhbərinə təşəkkürünü bildirib.
Destani ailəsi isə göstərilən xüsusi diqqətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizin insanlarını, mədəniyyətini və zəngin mətbəxini çox bəyəndiklərini qeyd ediblər.
Səmimi söhbət iki klub, iki ailə və iki xalq arasında uzunmüddətli dostluq niyyətinin ifadəsi ilə yekunlaşıb. Həm “Qarabağ”, həm də “Şkendiya” rəhbərliyi bugünkü oyunun iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda, yüksək rəqabət şəraitində keçəcəyinə əminliklərini ifadə ediblər.
Tahir Gözel görüşlə bağlı sayta təəssüratlarını bölüşüb. O, futbolun ən böyük gözəlliklərindən birinin müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanları bir araya gətirməsi olduğunu vurğulayıb: “Şimali Makedoniyanın inkişafına mühüm töhfələr verən, alban-müsəlman icmasını yüksək səviyyədə təmsil edən hörmətli Destani ailəsi ilə tanış olmaqdan böyük məmnuniyyət hissi duyuram. Bizim söhbətlərimizdə həm ölkəmizin tarixi, Qarabağımızın hekayəsi, həm də ölkələr və insanlar arasında qurulan dostluq və biznes əlaqələri öz əksini tapdı. Destani ailəsi Şimali Makedoniyanın iqtisadi və sosial inkişafında mühüm rol oynayan, uğurlu layihələrə imza atan və nüfuz qazanmış hörmətli insanlardır. Onları tanımaqdan qürur duyuram”.
Keçmiş uğurlara və sərgilədiyi yüksək keyfiyyətli oyuna görə “Şkendiya”nı təbrik edən Tahir Gözel bu axşam baş tutacaq matçın hər iki komanda üçün layiqincə keçəcəyinə inandığını söyləyib: “Bugünkü həyəcanlı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı komanda qalib gəlsə, onu təbrik edəcəyik. Çünki qarşımızda layiqli rəqib və dostlarımız var. Lakin daha önəmlisi, belə bir mənəvi dəyər daşıyan qarşılaşmada iştirak etməkdir.
Sonda demək istəyirəm ki, biz təkcə futbol oynamırıq – dəyərləri, tarixi və birliyi təmsil edirik. Və bu gün burada yaşanan dostluq, bu dəyərlərin zəfəridir”.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi