“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin QOL.az saytına müsahibəsi
- Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Omoniya”ya 0:4 hesabı ilə uduzdunuz. Böyük hesablı məğlubiyyəti nə ilə əlaqələndirmək olar?
- Çox danışılası bir şey yoxdur. Təəssüf ki, yaxşı oyun keçirə bilmədik. Azarkeşlərimizi məyus etdik. Buna görə çox üzgünük. Halbuki bizdən gözləntilər çox idi. Artıq bu matçı yaddan çıxartmalı və növbəti oyunlara köklənməliyik.
- Cavab görüşünün formal xarakter daşıyacağı fikri ilə razısınız?
- İlk oyunda öz meydanımızda böyük hesabla uduzduq. Buna baxmayaraq, əlimizi yanımıza salası deyilik. Gedib səfərdə də oynayacağıq.
- Məğlubiyyətdə psixoloji və fiziki yorğunluğun nə dərəcədə təsiri oldu?
- Həqiqətən də yorğunluq var idi. Yunanıstan səfəri bizdən çox güc aldı. Üstəlik, səfər görüşündə təxminən 40 dəqiqə azlıqda mübarizə apardıq. Bütün bunların təsiri oldu. Bəhanə gətirmirəm. Amma komanda yorğun görünürdü.
- “Omoniya” ötən il də “Zirə”yə böyük hesabla qalib gəlmişdi...
- Həmin oyunu o vaxt izləmişdim. Sonradan epizodlara da baxmışdım. Lakin biz rəqibi həmin matça görə analiz etməmişdik. Başqa oyunlarını izləmişdik. “Omoniya”nın heyətində çox keyfiyyətli oyunçular var. Kipr klubu “Aris”dən, bəlkə, 2 dəfə güclüdür.
- Oyundan sonra dəhlizdə rəqib futbolçularla aranızda gərginlik yaşandı. Nə baş vermişdi?
- Problem oldu. Rəqib futbolçu bir az artıq danışırdı. Ona görə insident yaşandı. Sonradan hər şey yoluna düşdü.
- Artıq fikrinizi çempionata yönəldəcəksiniz?
- Çempionatın startına az qalıb. Sıx qrafikdə oynayırıq. Bizi qarşıda ağır oyunlar gözləyir. Bəlkə də məğlubiyyət faydamıza olacaq. Komanda belə oyunlarla böyüyür.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi