UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Aris”lə qarşılaşan və 2:2 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksələn "Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin görüşlə bağlı danışıb.
QOL.az xəbər verir ki, o klubun mətbuat xidmətinə açıqlamasında səfər matçının çox çətin olduğunu bildirib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Aris”i Bakıda məğlub etsək də, heyətlərində kifayət qədər keyfiyyətli futbolçuların olması, doğma meydanda güclü azarkeş dəstəyinə sahib olmaları ehtiyatlı əldən verməməyə vadar edirdi. Matçın gedişində azarkeşlərin fəallığını xüsusi qeyd etmək istərdim. Çox çətin oyun oldu. Görüşün əvvəli yaxşı başladı, ardıcıl 2 qol vurduq və hesabdakı üstünlüyümüzü xeyli artırdıq. Bir epizodda diqqətsizlik etməyimiz qırmızı vərəqə almağımıza və meydanda azlıqda qalmağımıza səbəb oldu. Belədə müdafiəyə çəkilməli olduq. Düzdür, hesabı qoruya bilmədik, ancaq lazım olan nəticəni əldə etdik. Komandamız xarakter göstərdi. Bizim üçün nəticə vacib idi. Hər kəs əlindən gələnin maksimumunu etdi və yekunda debütant “Araz-Naxçıvan” avrokuboklarda növbəti mərhələyə yüksəldi. Klub adına yaxşı bir tarix yazdıq".
B.Həsənalızadə növbəti rəqibləri “Omoniya” (Kipr) ilə bağlı də fikirlərini bölüşüb: "Bu oyuna yaxşı hazırlaşmalıyıq. Heyətimizdə itkilər olsa da, yaxşı nəticə qazanmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik. Azarkeşlərimizə səslənirəm ki, oyun günü stadiona gəlin, komandamızı sona qədər dəstəkləyin. Sizin dəstəyiniz gücümüzə güc qatır. Biz də üzərimizə düşəni edəcəyik. Qələbə münasibəti ilə futbolsevərlərimizi təbrik edirəm”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu