Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxıb. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçirilən matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Leandro Andrade, 12, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
“Tolka Park”, Dublin, İrlandiya.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri