AFFA-nın dəstəyi və Regional Futbol Federasiyaları İB-nin təşkilatçılığı ilə 15 yaşlılar arasında "Region Kuboku" turniri keçirilib.
QOL.az xəbər verir ki, 16 iyunda start götürən və bir aya yaxın davam edən yarışın ilkin mərhələsində region federasiyalarının komandaları final mərhələsinə vəsiqə uğrunda iki yarımqrupda mübarizə aparıblar.
A qrupunun oyunları Bərdə, Tovuz və Mingəçevirdə, B qrupunda Şirvan, Neftçala və Sumqayıtda keçirilib. Final mərhələsinin oyunları isə Mingəçevir şəhər stadionunda baş tutub.
Üçüncü yer uğrunda görüşdə "Sumqayıt"ın təmsil etdiyi Şimal RFF, "Turan"ın futbolçularından təşkil edilən Qərb RFF üzərində 4:0 qalib gəlib və bürünc medalları qazanıb.
Final qarşılaşması "Sabah"ın bazasında formalaşdırılan Bakı RFF ilə Şimal-Qərb RFF yığma komandaları arasında keçirilib. Hakimlər briqadası və futbolçular meydana şəhid övladları ilə çıxıblar. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra oyunun start fiti verilib. Gərgin mübarizə şəraitində keçən final görüşündə Bakı Regional Futbol Federasiyası 2:1 hesablı qələbə qazanaraq U-15-lər arasında "Region Kuboku"nun qalibi olub.
Qaliblərə və mükafatçılara medal, diplom və xüsusi hədiyyələri Regional Futbol Federasiyaları İB-nin prezidenti İsgəndər Cavadov, Bakı, Şimal-Qərb, Qərb Regional Futbol Federasiyalarının rəhbərləri Tahir Süleymanov, Rövşən Əhmədov, Nadir Nəbiyev və RFF İB-nin aparıcı mütəxəssisi Füzuli Nəcəfov təqdim ediblər.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı