"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb. Görüşdə "Araz-Naxçıvan" rəqibini 14:0 hesabı ilə darmadağın edib.
Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.
Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.
Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər.
Xatırladaq ki, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Yunanıstanda olacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?