“Qarabağ” bu mövsüm Çempionlar Liqası üçün transfer çalışmalarını davam etdirir.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov QOL.az saytına geniş müsahibəsində transfer işləri ilə bağlı son yenilikləri açıqlayıb. Onun sözlərinə görə, komandada müəyyən yenilənmələr olacaq.
“Qarabağ” bu günlərdə 4 futbolçusu - Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yolları ayırdığını açıqlayıb.
Q.Qurbanov qeyd edib ki, bu, son olmaya da bilər. Onun sözlərinə görə, gedişatdan asılı olaraq, bugünlərdə daha bir neçə oyunçu ilə əməkdaşlığa son qoyula bilər. Göndəriləcək potensial futbolçular arasında həm yerli, həm də əcnəbilər var.
“Qarabağ”ın baş məşqçisi bildirib ki, hazırda heyətə yeni futbolçuların cəlb olunması istiqamətində fəal işlər gedir. Onun sözlərinə görə, hələlik tam razılaşma əldə etdikləri oyunçular yoxdur, amma buna yaxın olduqları 2 əcnəbi futbolçu var. Baş məşqçi ad çəkməsə də deyib ki, onlardan biri yarımmüdafiəçi (orta xətt), digəri isə müdafiəçidir. O, hazırda bir hücumçu ilə də danışıqlar apardıqlarını söyləyib.
“Qarabağ”ın baş məşqçisi onu da deyib ki, yay transfer pəncərəsi zamanı heyətlərinə 5-6 yeni futbolçu cəlb etmək istəyirlər.
Qeyd edək ki, Q.Qurbanovun QOL.az-a geniş müsahibəsini yaxın günlərdə saytımızda oxuya bilərsiniz.
İnfantinoya rəqib gəlir?
"Mən təlxək deyiləm!"
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu