Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Belarusa 1:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib.
O, matçdan sonra QOL.az-ın Belarusa ezam olunmuş müxbirinin də iştirak etdiyi mətbuat konfransında qarşılaşmanın komandası üçün yaxşı təcrübə olduğunu deyib:
"Əlbəttə, məğlubiyyət məyusedici oldu. Amma belə oyunlar bizim üçün vacibdir. Futbolçularımızın səfərdə azakreşlər qarşısında təzyiqlərlə bacarmalıdırlar. Rəqibin gücü bəlli idi. Bilirdik ki, rəqib öz meydanında qalibiyyət üçün oynayacaq. İlk 35 dəqiqə demək olar ki, bizdə hər şey alınırdı. Qol da vurduq, epizodlarımız çox oldu. İki qol da vura bilərdik. Amma 35-ci dəqiqədən sonra matç dəyişdi. Raul Məmmədovun zədəsinin də oyuna təsir oldu. Birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlük əldə etdi və oyunçularımızda psixoloji cəhətdən eniş oldu. İkinci hissədə nələrisə dəyişmək, digər oyunçulara şans vermək istədik. Ümumi götürsək, bizim üçün bir sınaq idi, nəticə çıxarmalıyıq. Növbəti oyunlara hazırlaşacağıq, səhvlər üzərində işləyəcəyik. Rəqib birinci hissənin sonunda daha dinamik oynamağa başladı. Ən əsas oyun tempini artırmalıyıq. Beynəlxalq oyunlarda bu vacibdir".
Mütəxəssis ayrıca olaraq hansısa oyunçunu fərqləndirmək istəmədiyini bildirib: "Birinci hissədə istədiyimiz hücumlar alınırdı. Bunların üzərində işləyirdik. Bir neçə istədiyim tempdən aşağı idi, bu da normaldır. Çünki az oynamışdılar. Amma oyun tempini qaldıra bilsək, gələcəkdə hər şey yaxşı olar. Heç bir futbolçu uduzmaq istəmir, əsasən də gənclərə dəstək olmalıyıq. Matçın ilk 35 dəqiqəsi mənə gələcək üçün böyük ümid verir".
A.Abbasov Belarus futbolu ilə Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Belarusla hərtərəfli dost ölkəyik. Mənim üçün Belarus daha yaxındır. Burada PRO kateqoriyası üçün oxumuşdum. Rəqibin baş məşqçisi ilə bir yerdə oxumuşduq. Onu görməyə şad oldum. Son illərdə uşaq futboluna yaxşı diqqət edirlər. Bu, bizi sevindirir. Bütün yaş qruplarında irəliləyişi görürük. Məşqçiləri ilə də danışdım. Əgər inkişaf istəyiriksə, bizdə bunu etməliyik. Şərait və stadionların keyfiyyəti Belarusda bizdən daha yaxşıdır. Çempionat baxımından isə bizdə daha yüksək keyfiyyat var. Amma millilər cəhətdən Belarus daha yüksəkdir".
O, həm millidə, həm Premyer liqada oynayan futbolçuların çıxışlarından söz açıb: "Oyunçunun Premyer liqa təcrübəsi olması hər matçda yaxşı oynayacağını demir. Razıyam, Xəyal Fərzullayev bu gün daha yaxşı oynaya bilərdi. Antalyada qalib gəldiyimiz oyunda ən yaxşılardan idi. Əlbəttə, Premyer liqadakı oyunçulardan gözləntilər daha çoxdur. Digərlərindən bir addım qabaqdadırlar. Amma bu gün yaxşı şeylər də var idi. Rüfət Abbasov, Edqar Adilxanov və Murad Məmmədov seçilirdilər. Ağadadaş Salyanskinin də yaxşı fürsətləri oldu. İşləmək lazımdır. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Əks halda heç nə alınmayacaq. Çünki futbolda məğlubiyyət olur".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın