“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 36-cı turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Uğursuz mövsüm keçirən “Neftçi” son turda da uduzdu...
- Əslində pis oyun keçirmədik. Qol vəziyyətləri yaratdıq. Lakin imkanlardan istifadə edə bilmədik. Mövsümü 3 xalla başa vurmaq istəyirdik. Təəssüf ki, meydanı məğlub tərk etdik.
- Qırmızı vərəqələr oyunun taleyinə nə dərəcədə təsir göstərdi?
- Rəqib azlıqda qaldıqdan sonra say üstünlüyündən istifadə edə bilmədik. Əksinə, rəqib azlıqda qalandan sonra qapımızda qol gördük. Sonra çalışdıq ki, hesabı bərabərləşdirək. Qol vurmaq əvəzinə özümüz azlıqda qaldıq.
- Belə görünürdü ki, “Sabah” azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladı. Bunu nə ilə əlaqələndirmək olar?
- Bəlkə kənardan belə görünüb. Amma bizim də elə oyunlarımız olub ki, komanda azlıqda qaldıqdan sonra daha yaxşı təsir bağışlayıb, oyunçular daha çox yandırıb. Matça əzmkar başlamışdıq. İlk hissədə Ozobiçin epizodu qol olsaydı, fərqli oyun alınardı. Bu cür matçlar elədir ki, gərək tez qol vurasan.
- Qalib gəlsəydiniz, mövsümü 5-ci yerdə başa vuracaqdınız. Bu məqam da motivasiyanızı artırmamışdı?
- “Sabah”la oyunlar həmişə oyunlar prinsipial xarakter daşıyır, gərgin keçir. Bu oyun da istisna olmadı. Vacib görüş idi bizim üçün. Bəli, 3 xal qazansaydıq, 1 pillə irəliləyəcəkdik. Təəssüf ki, alınmadı. İnşallah, yeni mövsümə uğurlu start verib bu nəticələri unutduracağıq.
- “Sabah” Avroliqaya yollansa, daxilinizdə cüzi də olsa klubunuzu dəyişdiyiniz üçün təəssüf hiss keçirməyəcəksiniz?
- Xeyr, heç bir peşmanlıq yoxdur. Fikrim “Neftçi”dədir. “Neftçi” ilə uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, yaxşı nəticələr qazanaq və mən də bunda pay sahibi olum.
- Sabiq baş məşqçiniz Murad Musayev Rusiya çempionu oldu. Onu təbrik edəcəksiniz?
- Əlbəttə, təbrik edəcəm. Sevindim onun adına. Daha əvvəl Musayevin rəhbərliyi altında oynamışam, kapitan olmuşam. Elə sizin vasitənizlə də təbrik edirəm.
- Artıq mövsüm yekunlaşıb. Bəlkə “Sabah”ın kubokun yarımfinal matçından öncə yayımladığı həmin qalmaqallı açıqlamaya aydınlıq gətirəsiniz...
- Məncə, bu barədə danışmasaq, yaxşıdır.
- Bəzi məlumatlara görə, Sekidikanın “Neftçi”yə geçmək məsələsində təşəbbüskar siz yox, o özü olub.
- O mövzuya qayıtmaq istəmirəm. Sizdən də xahiş edirəm ki, bu məsələni bağlayaq.
- Milli komandanın heyətində yer almadınız. Fernandu Santuşdan dəvət gözləyirdiniz?
- Hər zaman millidən dəvət gözləyirəm. Komandaya kömək etməyə hazırıq. Bu dəfə dəvət almasam da, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əlimdən gələni edəcəm ki, gələn toplanışlarda yenidən yığmaya dəvət alım.
- Mövsüm ərzindəki öz performansınızı necə dəyərləndirirsiniz?
- Əvvəlki klubumda yeni baş məşqçinin gəlişindən sonra şans qazanmadım. Lakin “Neftçi”də Samir Abasov gəldiyim gündən mənə güvənir. Komandaya qoşulanda yaxşı vəziyyətdə idim. Sonradan bir qədər eniş yaşadım. İnanıram ki, yay toplanışında bunu düzəldəcəm.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi