“Yaxşı komandaya qarşı oynayacağıq. Düzgün hazırlaşıb qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. Kimləri istəyirdimsə, onları milliyə çağırmışam”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün keçirdiyi mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis əvvəlcə Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq oyunları üçün seçdiyi heyət ilə bağlı danışıb: “Bəzi futbolçulara zədə səbəbindən dəvət göndərmədim. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan öncəki təlim-məşq toplanışına Ramil Şeydayevlə Ozan Can Kökçü də çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün dəvət almayıblar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar. Amma öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar. Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizəsində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturam. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Biri Renat Dadaşovdur. Milliyə dəvət olunan futbolçular mütəmadi oynamalıdırlar. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək”.
Santuş qarşıdakı iki oyunda baş verə biləcək uğursuzluqlardan sonra mümkün istefası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır. Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm”.
Baş məşqçi Azərbaycan Premyer Liqasının səviyyəsini normal olduğunu da bildirib: "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Ümumi çempionatı nəzərə alsaq, 5 bal verərdim . 10 komandadan 3-4-ü yuxarı pillələr uğrunda mübarizə aparır. Hər komanda istəyinə çatmağa çalışır”.
70 yaşlı mütəxəssis qeyd edib ki, gənc futbolçulara şans vermək hazırda çox vacibdir: “Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görəsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu”.
Santuş gənc qapıçılara yox, “Qarabağ”da mütəmadi oynamayan Şahruddin Məhəmmədəliyevə niyə şans verirsiniz” sualını isə belə cavablandırıb:“Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi