“Çox sevincliyəm. “Qarabağ” azarkeşlərini təbrik edirəm. 12-ci dəfə çempion oluruq. Bu, böyük uğurdur. İnşallah, daha üç dəfə çempion olub, üçüncü ulduzu qazanmaq istəyirik. Çempionat çox gözəl keçdi. Gələn mövsüm komanda sayı artıb 12 olacaq. İldən ilə Azərbaycan çempionatının keyfiyyəti artır”.
QOL.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözel Ağdam klubunun 12-ci çempionluğunu şərh edərkən deyib. Dünən mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verən T.Gozel “Qarabağ”ın Avropada hədəflərinin dəyişmədiyini bildirib:
“Çempionlar Liqasında mübarizəyə birinci, yoxsa ikinci mərhələdən başlamağımız UEFA-nın qərarından asılıdır. Ora gəlmək artıq “Qarabağ”ın səviyyəsini göstərir. 32 min reytinq xalımız var. “Qarabağ” Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir. Çalışacağıq ki, daha da inkişaf edək”.
Klub rəhbəri mövsümü “Qızıl dubl”la başa vurmaq istədiklərini söyləyib: “Əlbəttə, kuboku da qazanmağa çalışacağıq. Rəqibimiz “Sabah” güclü komandadır. Finalda hər iki komandaya uğurlar arzu edirəm. Hər iki kollektiv kuboku qazanmağa layiqdir”.
Ağdam klubunun prezidenti “Zirə”nin Avroliqaya, “Turan Tovuz”un isə Konfrans Liqasına yollanmasının “Qarabağ”ın kubokun finalındakı qələbəsindən asılı olmasına da toxunub: “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mənim canımdır, bizə yaxındır. Ona da, digər klublarımıza da uğurlar arzu edirəm”.
“Qarabağ”ın yaxın 5 ildə UEFA Konfrans Liqasının qalibi olması fikrinə T.Gözel belə münasibət bildirib: “İnşallah, qismət olsun. Cavanlarımızın meydana çıxması mənə ümid verir. Hikmət Cəbrayılzadə, Amin Rzayev bizim gələcəyimizdir. Onları meydanda görmək məni çox sevindirir”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi