“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə ilkin müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Onun milli komandanın baş məşqçisi təyin olunacağı iddia edilib. Mənbənin bildirdiyinə görə, Mourinyo Portuqaliya millisinin sükanı arxasına Millətlər Liqasının iyunda keçiriləcək final turnirindən sonra keçə bilər.
Hazırda Portuqaliya yığmasına Roberto Martinez rəhbərlik edir. Mourinyo “Fənərbaxça”da ötən yaydan çalışır və onun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Daha əvvəl Joze “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma” kimi klublarda baş məşqçi olub. 62 yaşlı portuqaliyalı mütəxəssis indiyədək heç vaxt milli komandalarda işləməyib.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu