“İnter”in baş məşqçisi Simone İnzaqi “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk maçında “İnter” səfərdə “Barselona” ilə qarşılaşıb. 3:3 hesabı ilə bitən görüşdə 17 yaşlı ispaniyalı bir gözəl qol da vurub.
Matçdan sonra keçirilən mətbuat konfransında İnzagi Yamal barədə sualı cavablandırarkən deyib:
“Mən son 8-9 il ərzində Lamin Yamal kimi bir futbolçu görməmişəm. Ona qarşı üç oyunçu oynatmalı olduq və təbii ki, bu zaman “Barselona” üçün bəzi boşluqları yarandı. O, hər 50 ildən bir doğulan bir fenomendir. Yamal bu gün məni həqiqətən heyran etdi".
Lamin Yamal Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub və bu göstərici ilə “Monako”da oynamış Kilian Mbappenin rekordunu qırıb.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi