"Qarabağ" klubu Premyer Liqanın XXXI turunda "Neftçi"ni Ağdamdakı Quzanlı Olimpiya kompleksinin stadionunda qəbul edəcək. Qol.Az-ın "Qarabağ"ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bir neçə gündür ki, Ağdam və ətraf rayonlardakı azarkeşlər Azərbaycanın ən böyük derbisinin həyəcanını yaşayır.
Artıq Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda oyunla bağlı işlər tamamlanaraq stadion hazır vəziyyətə gətirilib. Klubun bir qrup nümayəndəsi artıq bir həftəyə yaxındır Quzanlıda məskunlaşıb. Ağdam rayon ictimayyətinin xahişi ilə "Qarabağ" Quzanlıda oynamaq üçün müvafiq müraciətləri reallaşdırıb. Olimpiya kompleksinin meydançasında yenidən bərpa işlərinə start verilib. Ot örtüyü təmamilə dəyişdirilib. Suraxanı qəsəbə stadionunda ölkənin ən yaxşı qazonunu formalaşdıran heyət Ağdamda eyni işləri müvəfəqiyyətlə yerinə yetirib.
Qarabağ" komandasının özü Ağdama mayın 12-də yollanacaq. Səhər 9-da Bakını tək edəcək komandanın təxminən 14:00 raddələrində Quzanlıya yetişməsi planlaşdırılır. Saat 16:00-da "Qarabağ" məşqə çıxacaq. "Neftçi" isə Quzanlıda birbaşa oyuna çıxacaq. Bakıllılar bu gün məşq etdikdən sonra paytaxtı tərk edəcək. Mingəçəvirdə məskunlaşacaq "ağ-qaralar" oyun günü 50 dəqiqəlik məsafədə yerləşən Kür sahilindən Quzanlıya yollanacaq.
Artıq Ağdam və ətraf kəndlərə, Bərdəyə "Qarabağ" - "Neftçi" oyunu ilə bağlı afişalar vurulub. Oyuna maraq yetərincədir. Matçın Azərbaycan derbisi olması da ajiotaja əlavə rəng qatır. Oyunu günü tribunaların tam dolması gözlənilir. Hazırda hava şəraiti də ideala yaxındır. Son günlər hava şəraiti qeyri-qənaətbəxş olsa da, indi Quzanlıda günəşli hava şəraiti hökm sürür. Təxminən 30 dərəcəlik hava hərarəti qəsəbədə pozitiv mühit yaradıb. Üstəlik, oyunla bağlı maraqlananlar stadiona gəlib göz oxşayan mənzərəni görüb, səbirsizliklə futbolu gözləyirlər.
Belə ki, yeni səpilmiş qazonunun yetişməsi və dəyişdirilmiş torpaq səthinin hamarlaşdırılması nəticəsində meydança ideal vəziyyətə gətirilib. Ot örtüyü ilə yanaşı qazonun səthinin, belə dəsək, "güzgü" kimi olması texnikalı oyuna üstünlük verən tərəflərin azarkeşlərə baxımlı futbol nəsib edəcəyinin işartısıdır.
Yuxarı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...