"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun cavab oyunlarında "Neftçi" ilə matçı şərh edib.
QOL.az xəbər verir ki, ilk oyunda qalib gələn Masazır təmsilçisi (2:1), bu gün 1:1 hesablı heç-heçə edərək turnirin final mərhələsinə adlayıb. Klubun çalışdırıcısı bununla bağlı deyib: "Bir addımımız qalıb. Bu tituldur, prestijdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq. Növbəti liqa matçımızda rotasiyalarla oynayacağıq. 4 gündə üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Hazırlaşacağıq. Mübarizə aparacağıq".
Mütəxəssis ilk oyunla müqayisədə bugünkü görüşdə daha zəif təsir bağışlamaqları haqda belə deyib: "Düşünürəm ki, ikinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq".
O, kubokun finalına adlamağa baxmayaraq, ölkə çempionatı oyunlarına diqqət yetirəcəklərini qeyd edib: "Çempionatın hər matçı bizim üçün önəmli olacaq. Biz hər oyuna qələbə üçün çıxacağıq".
V. Berezutski məşqçilk karyerasında ona dəstək olan rusiyalı mütəxəssis Leonid Slutskini final oyununa çağıracağını da bildirib: "Məmnuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmnuniyyətlə gəlib oyuna baxar".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində