“Məncə, yaxşı oyun alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu”.
QOL.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Belaruslu müdafiəçi Misli Premyer Liqasının 30-cu turunda qarşılaşdıqları “Araz-Naxçıvan” ilə oyun (0:0) barədə danışıb:“Hər iki tərəfin də qələbə qazanmaq şansları var idi. Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır”.
Xvalko 8 xallıq fərqə baxmayaraq, “sarı-göylər”in elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini düşünür: “Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdı. Amma çempionat bitməyib. Daha çox xal yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə də qalxa bilərik. “Sumqayıt” və “Şamaxı” ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq".
O, komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib: “Kollektivdə oyunçular bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"