17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev UEFA İnkişaf Turnirində Gürcüstanla keçirilən oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında Moldovanın paytaxtı Kişinyovda keçirilən və qələbə ilə (1:0) başa çatan matç haqda deyib:
“İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik. Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatı verdik. Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədirlər. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbəyə gətirib çıxardı. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.
Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inanır: “Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.
Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə