“Şahdağ Qusar”ın 1-ci liqaya yüksəlməsi çox sevindirici haldır. Həm komanda, həm rəhbərlik, həm də Qusar camaatı üçün. Çünki uzun müddətdir ki, “Şahdağ Qusar” 1-ci liqada yox idi. Hamı bu anı gözləyirdi”.
Bu sözləri QOL.az-a açıqlamasında 2-ci liqada mübarizə aparan və yeni mövsüm üçün 1-ci liqaya vəsiqəni təmin edən “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev deyib.
Azərbaycan millisinin sabiq üzvü komandanın daha yüksək hədəflər üçün mübarizə aparacağını qeyd edib: “Qusarda camaat səbirsizliklə gözləyir ki, komanda yüksək liqada – Premyer Liqada oynasın. Tədricən ona doğru addımlayırıq. İlk hədəf 1-ci liqaya yüksəlmək idi. Şükürlər olsun ki, çempionat bitməmiş istəyimizə çatdıq. Düzdür, əsas məqsəd 1-ci liqaya vəsiqə idi, amma çalışırıq ki, son oyunları da qələbə ilə başa vurub çempionluğu da yaşayaq. Arxayınlaşmaq olmaz. İkinci pillədəki "Şəfa" ilə aramızda cəmi 3 xal fərq var".
36 yaşlı yarımmüdafiəçi 1-ci liqada da “Şahdağ Qusar”da oynayacaqmı? O, buna qərar verməyin bir çox amildən asılı olduğunu bildirib: “Əvəlcə bilməliyik ki, komandanın 1-ci liqadakı hədəfi nə olacaq. Hansı yerlər uğrunda oynayacaq. Bunlar rəhbərliklə görüşəndən sonra bəlli olacaq. Əlbəttə ki, mən davam etmək istəyərdim. Amma onu da nəzərə almaq lazımdır ki, həm yaş gedir, həm 1-ci liqa 2-ci liqadan çətindir. 1-ci liqada mən komandaya fayda verə biləcəm, yoxsa, yox? Yəni qərarıma çox amillər təsir edəcək. Mövsüm başa çatandan sonra ən doğru qərarı verəcəm”.
Ramiq Ağaməmmədov
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə