“Futbolçularımı təbrik edirəm. Çox gərgin bir oyun oldu. Komanda sonda ümumən yorulmuşdu. Çox əziyyət çəkdilər. Rəşadı da təbrik edirəm. Oyundan oyuna daha mübariz komanda formalaşdırır”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Misli Premyer Liqasının 29-cu turunun “Zirə”yə qarşı bugünkü matçından (1:0) sonra mətbuat konfransında iştirak edib.
Qurbanov deyib: “Bu gun indiyə qədər “Zirə”yə qarşı keçirdiyimiz matçlar sırasında bizə oynamağa imkan verilməyən oyun idi. Rəqib çox ağıllı, düzgün müdafiə qurmuşdu. Düşünülmüş bir hücumları var idi”.
Q.Qurbanov Yasin Benzianın hazırkı oyunu haqda suala cavabında bildirib: “Ümumən onun o mövqedə oyunundan razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oxuması məni məmnun edir. Sadəcə, bu gün ola bilər yorğun idi. Top itkiləri çox oldu. Ümumiyyətlə, çox oyunçumuz top itkisinə yol verdi. Mənim istədiklərimi meydanda yerinə yetirmək qabiliyyətində olan futbolçudur”.
- Kadinin əvəzlənməsi nə ilə əlaqədar idi?
- Özü əvəzlənməsini istədi. Ağrıları vardı. Görək, vəziyyəti nə dərəcədə ciddi olacaq. Topuğunda bir az şiş var. Qarşıdakı günlərdə durumu bilinəcək.
- Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiniz?
- Xeyr.
- Kubok oyununda planşeti qırdığınıza görə gözlənilirdi ki, AFFA İntizam Komitəsi sizə cəzalandıracaq. Amma heç bir cəza olmadı. Sizcə, nüfuzunuzdan çəkinərək belə mövqe nümayiş etdirildi?
- Niyə cəzalandırsın? Mən hakimin nə üzünə qarşı etiraz etmişəm, nə də meydana girmişəm. Sadəcə, ümumi epizoda dərindən baxsaq, hakimə hirslənəsi məqam deyil. Orda mən öz oyunçuma da hirslənmişəm ki, belə bəsit epizodlar olmalı deyil. Oyundan kənar bir epizod idi. Öz planşetimi sındırmışam. Cəza versələr də problem yoxdur. Amma mən bundan əvvəlki qırmızılara etiraz bildirmişdim. Bu gün də öz fikrimdə qalıram.
- AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin 1 ili tamam oldu. Sizcə, bu 1 ilfə Azərbaycan futboluna nə dərəcədə fayda verə bildiniz?
- 1 ilə nəsə etmək elə də asan deyil. Orda olan müzakirələri nəzərə alsaq, bir neçə ildən sonra bəhrəsini verəcək.
- İK-nin son toplantısında müxtəlif milli komandalarda uğursuz nəticə göstərən baş məşqçilər vəzifələrində saxlanıldı. Sizcə, bu, səhv qərar deyildimi?
- Çox xahiş edirəm, mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Çünki orda nə müzakirə olunursa, mediaya ətraflı məlumat verilir. Mən fikrimi burda yox, lazım olanda orda bildirirəm. Kənarda nəsə deməyi o qədər də düzgün saymıram. Bu, açıqlama veriləsi bir sual deyil. Ona görə üzrlü hesab edin.
- Əsas rəqibiniz “Zirə”ni 15 xal qabaqlayırsınız. Bu xal fərqi gələcək turlarda komandanıza necə təsir edə bilər?
- 15 xal ciddi fərqdir. Hiss olunur ki, futbolçularda arxayınlaşma, rahatlıq var. Amma çox da üzərlərinə getmirəm. Neçə illərdi gərgin mövsüm keçiririk. Futbolçularda fiziki və psixoloji yorğunluq olur. Bəzən hətta futboldan doyurlar. İlboyu çox tələblər olur onlardan. Mənim də yorğun, oyunlara hazır olmadığım vaxtlar olur. Özümü motivasiya etmək istəyirəm, amma bəzən alınmır. Məncə, bunların futbolçulara faydası olacaq ki, meydana daha sərbəst çıxsınlar. Bütün oyunlara qalibiyyət üçün çıxacağıq.
- Növbəti Çempionlar Liqasına birinci, yoxsa ikinci mərhələdən başlamaq sizə sərf edir?
- Bizə sərf edən minimum üçüncü olardı (gülür). Ən azı Avroliqanı təmin etmiş olardıq. Sonra da tam rahat hazırlaşardıq. Amma nə qədər gec başlasaq, o qədər yaxşıdır. Çünki futbolçuların istirahəti az olur. Millinin də oyunları var. Birinci mərhələdən başlasaq, ola bilər, bunun bizə böyük zərbəsi dəysin. İkinci mərhələdən start götürmək daha xeyirli olar.
- Azarkeşlər bu mövsüm sizdən 2 kubok qazanmağı tələb edir. Buna söz verirsiniz?
- Mən nə vaxt demişəm ki, 2 kubok qazanmaq istəmirəm? Mən də istəyirəm bunu. Amma bunu məndən tələb etmirlər, sadəcə, istəyirlər ki, qalib gələk. Daim uğurlar olsun. Futbol elədir ki, tələb burda düzgün yanaşma deyil. Hamı istəyir, titul qazansın.
"Yuventus" "adidas"la yeni müqavilə imzaladı
"Qarabağ" ilk transferini açıqladı - Rəsmi
Mbappe “Real”ın oyun öncəsi məşqini buraxdı
Daha bir cüdoçumuzdan bürünc medal - Dünya çempionatı
"Barselona" Argentina millisinin oyunçusunu hədəflədi
“Liverpul” Osimhen üçün hərəkətə keçdi
"Barselona" Uilyamsı transfer etmək istəyirsə..."
"Sabah"da növbəti ayrılıq - Rəsmi
Millimizin Belarusla oyunlarının yeri və hakimləri bilindi
Avropa Liqasında yeni mövsümün ilk püşkü atıldı
Petkoviç Superliqa klubuna keçdi
"Sabah"ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu bu klubun baş məşqçisi oldu
İnzaqinin yeni klubu məlum oldu
"Sabah"dan ayrılan məşqçi özünə yeni iş tapdı
Ronaldo Trampa hədiyyə göndərdi
"Sabah" ona yeni müqavilə təklif edib
Klublararası dünya çempionatında sabiq "Qarabağ"lı da var
25 yaşlı futbolçu İsrailin raket atəşinin qurbanı oldu
Azərbaycan millisi məşhur arenada - UEFA təsdiqlədi
“Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib
Fatih Terim "Əl-Şabab"dan ayrılır
Azərbaycanda 2 komandaya texniki məğlubiyyət verildi
"Barselona" Niko Uilyamsla razılaşdı
"Araz-Naxçıvan" almaniyalı hücumçu transfer etdi
"Çelsi"dən qələbə ilə start - Video
Aleks De Souza bu klubda çalışacaq
U-17 Liqasının qalibləri mükafatlandırılıb
“Çelsi” dünya çempionatına qələbə ilə başladı
"Şamaxı" "Qəbələ" ilə qarşılaşacaq
"Mən buradayam və qələbə yenə gələcək" - Hidayət Heydərov
“Fənərbaxça”nın prezidenti Bakıya gəldi
Fransa klubunda yeni baş məşqçi
Azərbaycan ilk medalını qazandı - Dünya çempionatı
"Sevilya" yeni baş məşqçisini rəsmən açıqladı
"Neftçi" legioneri ilə müqaviləni ləğv etdi
"Atletiko"nun 4 azarkeşi Vinisiusa görə həbs olundu
"Real"da 5 illik müqavilə
Edin Dzekonun yeni klubu
Musiala klublararası dünya çempionatının tarixinə düşdü
Rafael Fiziyev “Qarabağ”ın düşərgəsində - Şəkillər
Pedro ilə müqavilə uzadıldı
Elçin Məsiyev Avropa çempionatının oyununa təyinat aldı
Qurban Qurbanovdan mühüm transfer açıqlaması
“Qarabağ” beynəlxalq turnirin qalibi oldu
"Real" səfər formasını da təqdim etdi - Şəkil
Ter Ştegen "Qalatasaray"ın təklifini rədd etdi
"Berezutski "Sabah"da parlaq iş gördü" - Yuri Syomin