İran millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
QOL.az xəbər verir ki, komanda bu gün DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin 8-ci turu çərçivəsində Özbəkistanla qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
1-ci qrupda yer alan İran millisi seçmə mərhələnin başa çatmasına 2 tur qalmış 20 xal toplayıb və liderdir. Reqlamentə əsasən, hər qrupdan ilk 2 yeri tutan komandalar mundiala birbaşa vəsiqə qazanacaqlar. BƏƏ 7 turdan sonra 10 xalla 3-cü yerdədir. Sözügedən komanda istənilən halda qrupda İran yığmasını ötə bilməyəcək. Beləliklə, qonşu ölkənin yığmasının DÇ-2026-nın final mərhələsində mübarizə aparacağı dəqiqləşib.
17 xalla 2-ci pillədə qərarlaşan Özbəkistan isə hələ də vəsiqə şansını qoruyur.
Daha əvvəl Yaponiya və Yeni Zelandiya mundiala vəsiqə qazanıb. ABŞ, Meksika və Kanada isə ev sahibləri kimi turnirin final mərhələsində yarışacaqlar.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək