UEFA Millətlər Liqasının dünən keçirilən Macarıstan - Türkiyə matçında futbolçular Dominik Szoboszlai ilə Arda Güler arasında gərginlik yaşanıb.
QOL.az xəbər verir ki, matçın birinci hissəsində əvvəlcə macar oyunçu Ardaya kobud müdaxilə edib, türk futbolçu da buna sərt reaksiya göstərib. Bundan sonra Arda rəqibinə əli ilə sus işarəsi göstərib.
Oyundan sonra Arda jurnalistlərə bildirib: “Heç bir türk futbolçu matç zamanı belə sərt davranışlardan qorxmaz. Bizi oyun zamanı qorxuzmağa çalışdılar. Amma biz bundan qorxmarıq”.
Millinin kapitanı olan Dominik Szoboszlai isə matçdan sonra Ardaya tikanlı atmaca atıb. O, Macarıstanın bir xəbər saytının İnstaqram səhifəsində hadisə ilə bağlı paylaşımın altına “1088” şərhini yazıb.

“Liverpul”un yarımmüdafiəçisi bununla Ardanın bu mövsüm “Real”da oynadığı oyun dəqiqəsinə və bunun azlığına işarə edib.
Qeyd edək ki, Türkiyə hər iki matçda Macarıstana qalib gələrək (3:0, 3:1) Millətlər Liqasında A liqasına vəsiqə qazanıb.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov