"Milan"ın məsləhətçisi Zlatan İbrahimoviç vəzifəsinin çətinliklərindən danışıb.
QOL.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, rəsmi geyim tərzinə dözə bilmədiyini deyib:
“Əvvəlcə komandaya söz vermişdim ki, məni heç vaxt kostyum və qalstukda görməyəcəklər. Ancaq hər şey tez dəyişdi. Mən kostyum geyinməyi xoşlayıram? Yox! Bunu etiraf edirəm. Özümü narahat hiss edirəm. Mən idmançıyam. Amma nə vaxt istədiyim kimi geyinmək istəsəm, həyat yoldaşım Helena deyir: “Bu gün kostyum geyinməlisən”. Səbəbini soruşuram. O isə deyir: “Çünki mətbuat konfransınız var. Odur ki, qalstuk tax və sus". Amma başa düşürəm ki, mən öz roluma hazırlaşıram. Bu gün mən "Milan"ı təmsil edirəm”.
Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub. O, həmin ilin dekabrında klubun məsləhətçisi təyin olunub.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd