“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının son turunda “Səbail”lə heç-heçə (0:0) etdiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?
- Nəticə çox məyusedici oldu. 3 xal qazanmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Sanki bizim günümüz deyildi. Həftə boyu çalışmışdıq ki, qalib gələk. Son turlar çox xal itirmişik. Bu uğursuzluğa son qoymağı arzulasaq da, yekunda heç-heçə ilə kifayətləndik.
- Oyun baxımından olmasa da, nəticə baxımından “Araz-Naxçıvan”da eniş var. Bu, nədən irəli gəlir?
- Problemimiz yaxaladığımız epizodları qola çevirə bilməməyimizdir. Son matçlarda çox az fərqlənirik. Halbuki qol vurmaq üçün şanslarımız olur. Fürsətləri boşa verdikcə də xal itkiləri baş verir. Qol vurmaq üçün hamımız çalışmalıyıq.
- Komandanın kapitanı kimi oyunçularla uğursuzluqla bağlı söhbətiniz olub?
- Hər oyundan qabaq danışırıq, bir-birimizə motivasiya veririk. Alınmayanda alınmır. Bəzən yaxşı oynayıb xal itirirsən, bəzən isə rəqibdən üstün olmasan da, qalib gələ bilirsən. Bizə bu dəqiqə yaxşı oyun yox, qələbə lazımdır. Xallara ehtiyacımız var. Yalnız və yalnız qələbəyə köklənirik. Son matçlarda rəqiblərdən üstün olsaq da, qalib gələ bilmirik.
- Artıq turnir cədvəlində “Zirə” ilə xallarınız bərabərdir...
- Hansısa komandanı fərqləndirməyin mənası yoxdur. “Səbail” sonuncu yerdə olsa da, bizimlə oyunda göstərdi ki, çox şeyə qadirdir. Hər komanda digərindən xal ala bilər. Bu gün “Səbail”lə oyunda xal itirib, “Sabah” və ya “Neftçi”yə qalib gələ bilərsən. Hər xal uğrunda gərgin mübarizə gedir.
- Qarşıdan “Zirə” ilə kubokun cavab oyunu gəlir. İlk matçda əldə olunan 1:0 hesablı üstünlüyü qorumaq mümkün olacaq?
- Biz hər iki cəbhədə nəticə vermək istəyirik. Kim istəməz ki, kuboku qazansın? Əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və mərhələ adlayaq. Toparlanmq lazımdır.
- Ardınca isə çempionatda “Sabah”la üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Hər oyun çətindir. Hər matçın öz hökmü var. Köklənmək lazımdır. Çox şey oyun günü hansı vəziyyətdə olmağımızdan asılıdır. Danışmaqla iş qurtarmır. Problem özümüzdədir və bu vəziyyətdən çıxmalıyıq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru